“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bağçada yubiley tədbiri keçirilib.

27/10/2026, 18:50
xeber1

27 oktyabr 2026-cı ildə Salyan şəhəri Sadiq Babayev adına 2 nömrəli uşaq bağçasında uzun illər dayə kimi çalışmış Tağıyeva Fəridə Firudin qızının anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbiri keçirilib.

Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edərək, yubilyarı Təbriknamə və mükafatla təltif edib. Komitə sədri bildirib ki, Fəridə xanım ömrünün böyük bir hissəsini körpələrin qayğısına, onların sevgi və nəvazişlə əhatə olunmasına həsr edib. Onun bağçada dayə kimi fəaliyyəti yalnız bir əmək vəzifəsi deyil, həm də böyük ürək, səbir, mərhəmət və fədakarlıq tələb edən müqəddəs bir missiya olub.

Aynur Əsgərova vurğulayıb ki, balacaların ilk addımlarına şahidlik etmək, onların sevincinə sevinmək, qayğısına qalmaq və hər birinə ana nəvazişi göstərmək hər kəsə nəsib olmayan gözəl bir xüsusiyyətdir. Bu illər ərzində qazandığı hörmət və rəğbət onun ən böyük mənəvi mükafatıdır.

İş yoldaşları da 65 illik ömür yolunun gözəl çağında yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğmalarının əhatəsində xoş günlər arzulayıblar.

Daha sonra yubilyarla xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: