Xəbərlər
Bağışlanan kitab-dəyərlənən xəzinədir!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi 14 Fevral – Kitab Bağışlama Günü və 21 Fevral – Ana Dili Günləri münasibətilə xidmətində olan bir sıra təhsil müəssisələrinə kitab hədiyyə edib.
Aksiya çərçivəsində İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya, şəhər 4, 8, 17 nömrəli, həmçinin Vərəzət və Köbər Zəyzid kənd tam orta ümumtəhsil məktəblərinin şagirdlərinə 100 ədəd müxtəlif məzmunlu kitab təqdim olunub.
Tədbirlərdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev və komitənin əməkdaşları iştirak ediblər.
Onlar bayramlar münasibətilə müəllim və şagirdləri təbrik edərək, gənc nəslin daha savadlı, mütaliəyə maraqlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişməsini arzulayıblar.























