Xəbərlər
Bağıyeva Rəqibə müəllimənin çalışmanın son yaş həddi - 65 illik yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı M.Əzimov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində qabaqcıl kimya biologiya müəllimi ,təlim tərbiyə işləri üzrə direktor müavini Bağıyeva Rəqibə müəllimənin çalışmanın son yaş həddi - 65 illik yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi.
Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov ,məktəb kollektivi,valideynlər iştirak etdilər. Ömrünün 40 ilini İsmayıllı rayonunun təhsilinin inkişafına həsr etmiş, yüzlərlə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub əsil vətəndaş kimi cəmiyyətə bəxş eləmiş, əsil müəllim ömrünü yaşamış Rəqibə müəllimənin həyat və iş fəailiyyəti haqqında məktəbin direktoru Elxan Bədəlov geniş məlumat verdi.
Yubilyar haqqında çıxış edən natiqlər onun işlədiyi müddətdə hər vaxt işinə vicdanla yanaşdığını, hər bir şagirdin üstündə bir ana kimi qayğısına qaldığını və kollektivdə böyük hörmət sahibi olduğunu vurğuladılar. Yubilyarın rayonun təhsilinin keyfiyyətinin artırılmasında xüsusi xidmətinin olduğunu vurğulayan Rayon Komitəsi sədri onu ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırdı.
Qabaqcıl müəllimə Rəqibə Bağıyevanı yubiley yaşının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adından ürəkdən təbrik edirik, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.














