Xəbərlər
Bahar, istəklimsən başdan binadan
19/03/2026, 14:25

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin dəstəyi ilə ilk təşkilatlarda ittifaq üzvlərinin iştirakı ilə Novruz bayramı qeyd olunub.
Baharın gəlişini, milli-mənəvi dəyərlərimizi və birlik, həmrəylik ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təşkil olunan görüşlərdə ittifaq üzvləri bir araya gələrək bayram sevincini bölüşüblər.
Bayram münasibətilə Şəki Şəhər Komitəsi tərəfindən 155 üzv təşkilatda bayram süfrələri üçün şirniyyat məhsulları təqdim olunub. Bu təşəbbüs ittifaq üzvləri tərəfindən məmnunluqla qarşılanıb və onlara göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərləndirilib






















