“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Avrasiya Universitetində 30-cu Məzun Günü keçirilib

30/06/2026, 15:56
xeber1

Bakı Avrasiya Universitetində ali təhsilini uğurla başa vurmuş tələbələr üçün 30-cu Məzun Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.


Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, akademik ictimaiyyət, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər.


Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Avrasiya Universitetinin şəhid məzunları Vüqar İsmayılov, Anar İsgəndərov və Şamxal Əlizadənin xatirəsi ehtiramla anılıb. Daha sonra universitetin fəaliyyəti, beynəlxalq əlaqələri və əldə etdiyi uğurları əks etdirən tanıtım videoçarxı nümayiş olunub.


Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, dosent Səyavuş Qasımov məzunları təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rektor universitetdə qazandıqları bilik və bacarıqların məzunların peşəkar inkişafına və ölkənin tərəqqisinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.


Rəsmi hissədə Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Əmək Bazarı və Sosial Müdafiə üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova və Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Araz Paşayev çıxış ediblər. Natiqlər məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasının əhəmiyyətini vurğulayıblar.


Tədbir çərçivəsində universitetin beynəlxalq tərəfdaş ali təhsil müəssisələrinin rəhbərlərinin videomüraciətləri təqdim olunub. Niğde Ömer Halisdemir Universitetinin rektoru Hasan Uslu, İzmir Texnologiya İnstitutunun rektoru Yusuf Bayram və Qazax Milli Qadınlar Pedaqoji Universitetinin rektoru Beybitkül Kərimova Bakı Avrasiya Universitetinin məzunlarını təbrik edərək ali təhsil müəssisələri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və gələcəkdə daha da genişlənəcəyinə inandıqlarını bildiriblər.


Mərasimin davamında yüksək akademik göstəriciləri ilə fərqlənən bakalavriat və magistratura səviyyələri üzrə məzunlar təltif olunub. Universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə, eləcə də ictimai fəaliyyəti ilə seçilən xarici tələbəyə təşəkkürnamələr təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: