“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Biznes Universitetində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

16/11/2026, 12:15
xeber1

12 noyabr 2026-cı il tarixində Bakı Biznes Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, təşkilatın nəzdində fəaliyyət göstərən “Biznes və menecment” və “Rəqəmsal texnologiyalar” fakültələrinin iştirakı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Biznes Universitetinin tarix müəllimi Aygün Kamandari və universitetin hüquqşünası Şəlalə Həsənova çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunma tarixi, onun müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında rolu, hüquqi dövlət quruculuğunun konstitusion əsasları, vətəndaşların əsas hüquq və azadlıqları, habelə Konstitusiyanın ictimai münasibətlərin tənzimlənməsində və cəmiyyət həyatında əhəmiyyəti ətraflı şərh olunub.

Bildirilib ki, Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatının, qanunun aliliyinin və demokratik idarəetmə prinsiplərinin başlıca təminatıdır.

Maarifləndirici tədbirin əsas məqsədi tələbələrin konstitusion hüquq və vəzifələr barədə biliklərinin artırılması, hüquqi düşüncə və vətəndaşlıq məsuliyyətinin formalaşdırılması, eləcə də gənclər arasında hüquqi maarifləndirmənin təşviq edilməsindən ibarət olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: