“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Biznes Universitetində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.

21/10/2026, 11:23
xeber1

Bakı Biznes Universitetində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İ.M. Abbasov Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yolun mürəkkəb və çətin mərhələlərindən bəhs edib. O, müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolunu vurğulayıb, ölkəmizin suverenliyinin qorunmasının və dövlətçilik ənənələrinin yaşadılmasının əhəmiyyətini diqqətə çatdırıb. Rektor professor-müəllim heyətini və tələbələri bu əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda mahnılar ifa olunub, şeirlər səsləndirilib və milli rəqslər nümayiş etdirilib. Bədii proqram iştirakçılarda milli qürur, vətənə bağlılıq və müstəqillik dəyərlərinə hörmət hisslərini daha da gücləndirib.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: