Xəbərlər
Bakı Dövlət Peşə Təhsil Mərkəzində 60 illik yubiley görüşü
20/11/2025, 15:17

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hərbi rəhbər Firudin Məmmədovun 60 illik yubileyi münasibətilə kollektivlə səmimi görüş keçirilib. Görüş zamanı Firudin müəllimin uzun illər ərzində göstərdiyi yüksək peşəkarlıq, mərkəzin inkişafına verdiyi dəyərli töhfələr və xidmətləri xüsusi olaraq qeyd edilib.
Tədbirdə Nizami Rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Sübut Əsədov da iştirak edərək Firudin Məmmədovu ürəkdən təbrik edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.





