“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Dövlət Universitetində iftar süfrəsi təşkil olunub

16/03/2026, 13:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbirdə universitetin rəhbərliyi, Milli Məclisin üzvləri, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər. Ümumilikdə 300 nəfərlik iftar süfrəsi açılıb.


Tədbirdə çıxış edən Elçin Babayev Ramazan ayının mənəvi dəyərlərindən, insanlar arasında həmrəyliyin, mərhəmətin və qarşılıqlı hörmətin gücləndirilməsinin vacibliyindən danışıb. Rektor bu cür tədbirlərin universitet kollektivində birlik və mənəvi dəyərlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.


Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Ramazan ayının fəzilətlərindən bəhs edib. O, insanların bu ayda xeyirxah əməllər etməsinin, paylaşma və yardımlaşma ruhunun güclənməsinin əhəmiyyətini qeyd edib, iftar süfrəsinin təşkilinə görə təşəkkürünü bildirib və iştirakçılar üçün dualar edib.


Sonda iftar süfrəsi açılıb və iştirakçılar Ramazan ayının mənəvi ab-havasını birlikdə bölüşüblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: