Xəbərlər
Bakı Mühəndislik Universiteti (BMU) BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urban Expo” sərgisində innovativ konsept layihələrlə təmsil olunub.

Sərgidə BMU tərəfindən “Gələcəyin şəhər modelinə ənənəvi və orqanik yanaşma” mövzusunda urbanistika və memarlıq sahələrini əhatə edən iki konseptual layihə təqdim edilib. Layihələrdən biri “Pətək” modeli əsasında insan mərkəzli, dayanıqlı və orqanik yaşayış strukturlarını, digəri isə Şuşa şəhərinin Cıdır düzü ərazisi üçün nəzərdə tutulan “Milli Mədəniyyət Mərkəzi” konseptini əhatə edir.
Tədbirdə BMU-nun akademik heyəti, tələbələri, gənc tədqiqatçıları ilə yanaşı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər.
WUF13-də təmsil olunmaq universitet üçün beynəlxalq elmi platformalarda təcrübə mübadiləsi, əməkdaşlıq imkanları və dayanıqlı şəhərsalma istiqamətində aparılan tədqiqatların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.





