“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubunun təşkilatçılığı ilə “Kibertəhlükəsizliyə gedən yol” adlı görüş baş tutub.

08/07/2026, 10:30
xeber1

Tədbiri klubun sədri açaraq görüşün məqsədi və kibertəhlükəsizlik sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Əsas məruzəçi kimi çıxış edən təcrübəli kibermütəxəssis Kənan Ələsgərli iştirakçılarla sahə üzrə bilik və təcrübəsini bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.

Görüş zamanı kibertəhlükəsizlik istiqamətində karyera qurmaq üçün vacib mərhələlər, real iş mühitində təhlükəsizlik insidentlərinin idarə olunması və bu sahədə tələb olunan əsas bacarıqlar barədə məlumat verilib.

Sonda tələbələrə praktiki tövsiyələr təqdim olunub və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: