Xəbərlər
Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubunun təşkil etdiyi DefendAI tədbiri uğurla həyata keçirildi.

Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubunun təşkil etdiyi DefendAI tədbiri uğurla həyata keçirildi.
Tədbir açılış nitqləri ilə başladı. Ardınca klub fəaliyyəti və tədbirin məqsədi haqqında qısa məlumat verildi. Daha sonra dəvət olunmuş spikerlər kibertəhlükəsizlik sahəsində real təcrübələrini iştirakçılarla bölüşdülər. Çıxışlarda Blue Team yanaşmaları, AI əsaslı təhlükə aşkarlanması və real insidentlərin analizi kimi mövzulara toxunuldu.
Seminar hissəsindən sonra tədbir interaktiv formatda davam etdi. Komandalar arasında Kahoot yarışı keçirildi və iştirakçılar həm biliklərini yoxlamaq, həm də rəqabət mühitində özlərini sınamaq imkanı əldə etdilər.
Yarışın sonunda fərqlənən komandaya sertifikat təqdim olundu və tədbir xatirə fotosu ilə yekunlaşdı.







