Xəbərlər
Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən X klubunun tədbiri həyata keçirilib.

Represiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə ədəbiyyatımızın susdurulmaq istənilən, amma susmayan səsləri yada salındı. Mikayıl Müşfiq və Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edildi, onların taleyi üzərindən bir dövrün ağrılı həqiqətləri iştirakçılarla bölüşüldü.
Tədbir çərçivəsində qısa metrajlı film nümayiş olundu, şeirlər səsləndirildi və iştirakçılar mövzu ətrafında aktiv müzakirələrə qoşuldular. İnteraktiv format tədbirə xüsusi dinamika qatdı, tələbələrin sual və fikirləri isə müzakirəni daha da zənginləşdirdi.
Proqramın sonunda fəallığı və təşəbbüskarlığı ilə seçilən tələbələrə hədiyyələr təqdim olundu.
Bu tədbir sadəcə bir anım deyil, həm də düşünmək, öyrənmək və tarixdən nəticə çıxarmaq üçün yaradılmış canlı və interaktiv bir platforma oldu. Unutmadıq. Unutdurmadıq.







