“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

01/07/2026, 12:48
xeber1

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə “Məzun günü” keçirilib.


Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Vüqar Bayramov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Araz Paşayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, məzunlar və valideynlər iştirak ediblər. Mərasim Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev məzunları təbrik edərək, ölkədə rəqəmsal transformasiya və yüksəkixtisaslı kadr hazırlığının prioritetliyini vurğulayıb, universitetin son illərdə QS reytinqlərində əldə etdiyi qlobal uğurlardan bəhs edib. Rektor bu il BMU-dan 1142 tələbənin məzun olduğunu, onlardan 75 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü diqqətə çatdırıb. Çıxış edən qonaqlar gənclərə dövlət tərəfindən yaradılan geniş imkanlardan danışaraq, məzunların azad olunmuş ərazilərin bərpa və quruculuq prosesinə, ölkənin inkişafına mühüm töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.


Rəsmi hissədən sonra fəal məzunlar, fakültə birinciləri mükafatlandırılıb. Tədbir BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı, ənənəvi papaqatma mərasimi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: