Xəbərlər
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turunda iştirak ediblər
09/04/2026, 18:36

Elm və Təhsil Nazirliyi və müvafiq qurumların təşkil etdiyi bu müsabiqə tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı, estetik zövqünün formalaşdırılması və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.
Seçim turunda tələbələr bədii qiraət, musiqi və rəqs çıxışları ilə öz bacarıqlarını nümayiş etdiriblər.
Çıxışlar tanınmış sənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.







