Xəbərlər
Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi, İdman Klubu və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Turnir çərçivəsində futbol, şahmat və dama üzrə yarışlar təşkil olunub. Futbol turnirində ümumilikdə 16 komanda iştirak edib.
Yekun nəticələrə əsasən “Birlik” komandası I yerə, “Turan” komandası II yerə, “Xarı Bülbül” komandası isə III yerə layiq görülüb.
Baş tutan turnir tələbələrin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və gənclər arasında idmana marağın artırılması məqsədi daşıyıb.
Turnirdə fərqlənən iştirakçılar diplom və medallarla təltif olunublar.