Xəbərlər
Bakı Musiqi Akademiyasında konfrans təşkil olundu

4–5 noyabr 2025-ci il tarixində Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 140-illik yubileyinə həsr olunmuş festival çərçivəsində “Şərq və Qərb Musiqi Mədəniyyətlərinin Dialoqu” mövzusunda 4-cü Beynəlxalq elmi- praktiki konfransı baş tutmuşdu. Tədbirdə Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Novosibirsk Dövlət Konservatoriyası, Rostov Dövlət Konservatoriyası, Kazan Dövlət Konservatoriyasının professor-müəllim heyəti, doktorantlar və tələbə- magistrlar olduqca maraqlı, aktual mövzular ilə çıxış etdilər. Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə sertifikatların çapını təşkilat öz üzərinə götürmüşdür. Keçirilən konfrans bir daha təsdiq edir ki, Azərbaycanda Üzeyir bəy ənənəsi bu gün də davam edir, ölkələr arasında mədəni-mənəvi əlaqələrin genişlənməsinə, müxtəlif xalqların nümayəndələri arasında yaradıcılıq əməkdaşlığının möhkəmlənməsinə töhfə verir.




