“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakı Musiqi Akademiyasının kollektivi Qubada anım tədbirində iştirak edib

06/04/2026, 14:36
xeber1

Bakı Musiqi Akademiyasının kollektivi Qubada anım tədbirində iştirak edib

Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad edib.

Ziyarət çərçivəsində kollektiv memorial komplekslə tanış olub, faciə qurbanlarının xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra tədbir iştirakçıları kompleksin ətraf ərazisində təşkil olunan ağacəkmə aksiyasına qoşularaq ekoloji təşəbbüsə dəstək veriblər.

Qeyd edək ki, bu cür tədbirlər gənc nəsildə tarixi yaddaşın qorunması və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: