Xəbərlər
Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 162 №-li tam orta məktəbdə şəhid məzunlarının büstlərinin açılış mərasimi keçirildi.

19.02.2025-ci il tarixində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 162 №-li tam orta məktəbdə şəhid məzunlarının büstlərinin açılış mərasimi keçirildi.
Tədbirdə şəhid məzunlarının yaxın ailələri, 162 №-li tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nərgiz Ələkbərova, Milli Məclisin deputatı Anar İsgəndərov, Səbail Rayon İcra Hakimiyyəti müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müavini Günay Qurbanova, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev və ATİAHİ Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, şəhid ana və atalarına qəhrəman övladlar yetişdirdiklərinə görə onlarla fəxr etdiklərini bildirdilər.





