Xəbərlər
Ağdam təhsil müəssisələrinin paytaxtda yerləşən təhsil işçiləri ilə görüşləri təşkil edilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq Bakı şəhərində fəaliyyət göstərən Ağdam təhsil müəssisələrində görüşlər keçirdik.
Görüşlər Ağdam rayon 34 nömrəli, 36 nömrəli, 37 nömrəli və 42 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil olundu.
Üzvlərimizlə söhbət zamanı onları maraqlandıran suallar cavablandırıldı, mövcud iş şəraiti və qarşılaşılan çətinliklərlə bağlı fikirlər dinlənildi. Eyni zamanda, həmkarlarımızın təklifləri və müşahidələri qeydə alındı.
Bu görüşlərin əsas məqsədi üzvlərimizlə təmasda olmaq, problemləri yerində öyrənmək və onların ehtiyaclarına uyğun olaraq fəaliyyətimizi daha da təkmilləşdirməkdir.
Görüşlərimiz növbəti dövrlərdə də davam etdiriləcək.









