Xəbərlər
Bakı Slavyan Universiteti Məzun günü - 2025.

25 iyun tarixində Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2024/2025-ci il buraxılış ilinin bakalavr və magistr məzunları üçün “Məzun Günü” tədbiri keçirilmişdir.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini, professor-müəllim heyəti, məzunların valideynləri, əməkdaşlıq edilən qurumların nümayəndələri və digər qonaqlar iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb və onların əmək bazarında layiqli yer tutacaqlarına inamını ifadə edib.





