Xəbərlər
Bakı Slavyan Universitetində (BSU) I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib.

BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib
Aprelin 8-də Bakı Slavyan Universitetində (BSU) I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadaki fövqəladə və səlahiyyətli səfəri Vilayət Quliyev, Filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Namanqan Dövlət Universitetinin rektoru Abduqaffar Qırğızbayev, Millət vəkili, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.












