Xəbərlər
Bakı Slavyan Universitetinin bir sıra professor-müəllim heyəti yubileyləri münasibətilə təbrik edilib.
12/04/2026, 00:25

Yubilyarların təbrik edilməsi, uzun və səmərəli elmi-pedaqoji xidmətlərinin qiymətləndirilməsi xoş bir ənənədir. Bakı Slavyan Universitetinin rəhbərliyi tərəfindən hər zaman ittifaq üzvlərinin yubileyləri xüsusi olaraq qeyd edilir. 2026-cı il ərzində də uzun illər pedaqoji fəaliyyətlə məşğul olan, universitetin inkişafında xidmətləri olan bir sıra qocaman professor-müəllim heyəti yubileyləri münasibətilə təbrik edilib və bu ənənə uğurla davam etdirilir.. Bütün yubilyarlara cansağlığı, fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirik.










