“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bakıda "İnklüziv İncəsənət Günləri" festivalının birinci günü keçirilib

03/07/2026, 17:09
xeber1

3 iyul 2026-cı il tarixində Bakıda, TheLandMark Rotunda-da "İnklüziv İncəsənət Günləri" festivalının birinci günü keçirilib.


Festival Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Biz Bir Ailəyik Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin rəsmi tərəfdaşlığı ilə baş tutub.


Festivalın ilk günü qeydiyyat və qonaqların qarşılanması ilə başlayıb. Ardınca “İnklüziv İncəsənət Sərgisi"nin rəsmi açılışı keçirilib. Qonaqlar sərgi zonasında iştirakçıların əl işləri, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq işləri ilə tanış olublar.


Rəsmi hissədə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Himn Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin şagirdləri tərəfindən işarət dilində təqdim olunub.


Tədbirin açılışında layihə rəhbəri, "Biz Bir Ailəyik Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyinin sədri Günay Ağazadə çıxış edərək layihənin əsas məqsədlərindən bəhs edib. Daha sonra Milli Məclisin deputatları Vüqar İskəndərov və Müşfiq Cəfərov, eləcə də Sosial Xidmətlər Agentliyinin Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi filialının müdiri Raqif Zamanov çıxış edərək inklüzivliyin və əlilliyi olan şəxslərin yaradıcılıq potensialının dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.


Festivalın bədii proqramı çərçivəsində musiqili ifalar, qarmon və tar ifaları, bədii qiraət, rəqs nömrələri və müxtəlif yaradıcılıq təqdimatları nümayiş olunub. Səhnəyə çıxan iştirakçılar öz istedadları ilə tədbirə xüsusi rəng qataraq tamaşaçıların böyük rəğbətini qazanıblar.


"İnklüziv İncəsənət Günləri" bir daha göstərdi ki, incəsənət hər kəs üçündür. Fərqlilik maneə deyil, dəyərdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: