“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Balabəy Quliyev 65 illik yubileyi münasibətilə təltif olunub

06/10/2026, 08:59
xeber1

24 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Şabran rayon Pərviz İdrisov adına Ağbaş kənd tam orta ümumtəhsil məktəbində çalışan rus dili müəllimi Quliyev Balabəy Ağabəy oğlunun 65 illik yubileyi qeyd olunub.


Yubiley münasibətilə Balabəy Quliyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla təltif edilib.Tədbirdə müəllimin uzun illər ərzində təhsil sahəsindəki səmərəli fəaliyyəti, pedaqoji əməyinə sədaqəti və şagirdlərin təlim-tərbiyəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirilib.


Balabəy Quliyevi 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətində yeni uğurlar və uzun, mənalı ömür arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: