“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Balaca fidanların Zəfər sevinci!

11/11/2026, 11:08
xeber1

ETİHİ Masallı Rayon Komitəsinin təsir dairəsində fəaliyyət göstərən təhsil müəssisələrində Zəfər Günü münasibətilə bayram tədbirləri davam etdirilir.

Bu münasibətlə Masallı şəhər 1 nömrəli uşaq bağçasında keçirilən tədbirdə balaca fidanlar Vətənə, doğma torpağa və Zəfərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edərək bayram sevincini bölüşüblər.

Uşaqların saf duyğuları və kiçik ürəklərindən gələn təbriklər bir daha göstərib ki, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı gələcək nəsillərin yaddaşında daim yaşayacaq.

Balaca fidanların dilindən səslənən sülh, sevgi və Zəfər arzuları bayram tədbirinə xüsusi gözəllik qatıb.

Zəfərimiz əbədi olsun! Bayramınız mübarək, əziz balalar!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: