Xəbərlər
Balaca körpələrlə görüş.

Qazax rayonunun nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri olan 2 nömrəli uşaq bağçasında olduq.
Peşəkar kollektivi ilə seçilən bu bağçada yaradılmış mühit ilk andan yüksək təəssürat yaratdı. Kollektivin mehriban münasibəti, müəllimlərin hazirladıqları əl işləri qrup otaqlarında xüsusi zövq ilə nümayiş olunurdu.
Orada olduğumuz zaman tərbiyəçi müəllimlərin qruplarda keçirdiyi oyunlar və maarifləndirici tədbirlər yüksək təsir bağışladı.
Körpə fidanlarımıza göstərilən diqqət və qayğı bizi o qədər sevindirdi ki, rayonumuzda belə təhsil ocaqları fəaliyyət göstərir.
Görüş zamanı kollektiv Həmkarlar təşkilatının fəaliyyətindən məmnunluğunu bildirdi, son dövrlərdə görülən işlərin və müsbət dəyişikliklərin yüksək səviyyədə olduğunu bildirdi. Həmçinin Həmkarlar İttifaqının fəaliyyətində müsbət yeniliklərə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə xüsusi minnətdarlıq bildirildi.






