“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Balaca qəlblərin böyük müəllimi

08/01/2026, 14:15
xeber1

Göyçay şəhəri 9 nömrəli körpələr evi-uşaq bağçasının uzun illər səmərəli və fədakarlıqla çalışan dəyərli pedaqoqu Şıxaliyeva Ofelya Ramiz qızı 65 yaşında şərəfli əmək fəaliyyətini hörmət və ehtiramla başa vurdu .


Ofelya müəllimənin pedaqoji yolu sadəcə iş illəri deyil, sevgi, səbir və böyük məsuliyyətlə yoğrulmuş bir ömür yoludur. O, onilliklər boyu bağçanın divarları arasında balaca qəlblərin dünyasına nur saçıb, körpələrə ilk bilikləri, düzgün davranışı, mehribanlığı və vətənə sevgini aşılayıb. Onun ana qayğısı ilə böyüyən uşaqlar bu gün cəmiyyətimizin layiqli üzvləri kimi formalaşıblar.


Şıxaliyeva Ofelya Ramiz qızı həm uşaqların, həm də valideynlərin böyük hörmətini qazanmış, kollektivdə nümunəvi pedaqoq, mehriban həmkar kimi tanınıb. Onun gülərüzlüyü, səbirli yanaşması və peşəsinə olan bağlılığı müəllim adının ucalığını bir daha təsdiqləyib.


Bu gün dəyərli Ofelya müəllimə böyük ehtiramla yola salınır. Onun zəhməti, fədakarlığı və müəllimlik məharəti Göyçay təhsil tarixində dəyərli bir iz kimi yaşayacaq.

Hörmətli Ofelya müəllimə, uzun illər ərzində gördüyünüz xeyirxah və şərəfli əməyə görə Sizə dərin minnətdarlığımızı bildirir, yeni həyat mərhələnizdə möhkəm can sağlığı, ailə səadəti və rahat günlər arzulayırıq. Balaca qəlblərdə yandırdığınız təhsil işığı heç zaman sönməsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: