“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Balaca ürəklərdə böyük Zəfər sevinci!

09/11/2026, 10:15
xeber1

Pirallahı rayonunun Bulaq,Çobanyastığı və Cırtdan uşaq bağçalarında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbirləri keçirilib.

Bağçaların balaca fidanları Vətənə sevgi, milli qürur və Zəfər sevinci ilə dolu çıxışları, şeirləri və təqdimatları ilə bu əlamətdar günə öz töhfələrini veriblər. Körpələrin ifasında səslənən Vətən nəğmələri və nümayiş etdirdikləri vətənpərvərlik ruhu tədbirlərə xüsusi rəng qatıb.

Şanlı Zəfərimizin qəhrəmanlıq tarixini gələcək nəsillərə aşılamaq, Vətən sevgisini kiçik yaşlardan aşılamaq hər birimizin mənəvi borcudur.

Qoy balaca fidanlarımız daim qalib Azərbaycanın qürurlu övladları kimi böyüsünlər!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: