“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Balacaların bayram şənliyi könülləri oxşadı

19/03/2026, 15:09
xeber1

Göyçay şəhəri Mütalib Muradov adına 4 nömrəli körpələr evi-uşaq bağçasında Novruz bayramına həsr olunmuş möhtəşəm şənlik təşkil olunub.


Baharın gəlişini müjdələyən bu gözəl tədbir yüksək əhval-ruhiyyə, sevinc və rəngarəng çıxışlarla yadda qaldı. Bağçanın balaca sakinləri Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirdilər, şeirlər səsləndirdilər, milli rəqslər ifa etdilər. Onların səmimi çıxışları tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.


Bayram süfrəsini bəzəyən səməni, xonça və digər Novruz atributları tədbirə xüsusi gözəllik qatdı. Kosa və Keçəl obrazlarının iştirakı isə uşaqların sevincini daha da artırdı, şənliyə canlılıq gətirdi.


Valideynlərin, müəllimlərin və qonaqların iştirak etdiyi tədbir milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Bu cür tədbirlər uşaqlarda həm milli ruhun formalaşmasına, həm də onların yaradıcılıq bacarıqlarının inkişafına mühüm töhfə verir.


Novruz bayramı münasibətilə hər kəsi təbrik edir, süfrələrinizin daim bərəkətli, evlərinizin sevinc dolu olmasını arzulayırıq! 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: