Xəbərlər
Balakən rayon inteqrasiya təlimli internat tipli gimnaziyada Yeni il sevinci.

Balakən rayon inteqrasiya təlimli internat tipli gimnaziyada Yeni il bayramı münasibətilə xoş və yaddaqalan anlar yaşanmışdır. Rayon Təhsil Şöbəsinin müdiri Mehparə xanım Murtuzəliyeva, ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov və Təhsil Şöbəsinin əməkdaşları ənənəyə sadiq qalaraq gimnaziyanın şagirdlərini ziyarət etmiş, onlara bayram hədiyyələri təqdim etmişlər.
Göstərilən diqqət və qayğı şagirdlərimizin üzündə sevinc dolu təbəssüm yaratmış, onların bayram əhval-ruhiyyəsini daha da yüksəltmişdir. Səmimi və mehriban şəraitdə keçən bu görüş uşaqların yaddaşında xoş bir xatirə kimi qalmışdır.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ETİHİ RK) göstərdikləri diqqət və davamlı dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Şagirdlərimizə sağlam, uğurlu və sevinc dolu bir yeni il arzulayırıq!




