Xəbərlər
Balik kənd ümumi orta ümumtəhsil məktəbin kollektiv üzvlərinin işğaldan azad olunmuş torpaqlara ekskursiyası təşkil olundu.
23/07/2026, 09:11

10 İyul 2026- cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Balik kənd ümumi orta ümumtəhsil məktəbin kollektiv üzvlərinin işğaldan azad olunmuş torpaqlara- Ağdam, Xocalı,Əsgəran, Xankəndi, Şuşa şəhərini görmək üçün ekskursiyası təşkil olundu.
İttifaq üzvləri tarixi abidələri ziyarət etdilər, Cıdır düzündə Şəhid qəhrəman oğulların ruhunu andılar, Qarabağ torpağında aparılan quruculuq işlərilə tanış oldular.Göstərilən dəstəyə görə təhsil işçiləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.







