Xəbərlər
Baş Leytenant Əhmədzadə Famil Ağaəhməd oğlunun şəhid olduğu gün münasibətilə anım tədbiri keçirildi

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseydə tarix müəllimi işləmiş Baş Leytenant Əhmədzadə Famil Ağaəhməd oğlunun şəhid olduğu gün münasibətilə anım tədbiri keçirildi. Rayonun Şəhidlər xiyabanında şəhidin məzarı önündə keçirilən tədbirdə şəhid ailələri, rayon ictimaiyyət nümayəndələri, döyüş yoldaşları və işlədiyi liseyin şagird müəllim kollektiv üzvləri iştirak etdilər.
30 sentyabr 2020- ci ildə Famil müəllim könüllü olaraq vətəni mənfur düşmənlərdən xilas etmək üçün cəbhəyə yollandı. Oktyabrın 14 - də Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və İşmayıllı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi, bir övladı yadigar qalıb. Hazırda İsmayıllı şəhərində mərkəzi küçələrdən biri, liseydə özünün yaratdığı tarix diyarşünaslıq muzeyi və məktəblərdə sinif otaqları onun adını daşıyır. Ölümündən sonra Famil Əhmədzadə Ali Baş Komandan tərəfindən " Vətən uğrunda" , " Döyüşdə fərqlənməyə göə", " Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli"" Rəşadət" ordeni ilə təltif olunmuşdur.
Şəhidin məzarına gül dəstələri qoyuldu, məktəblilərin ifasında şeirlər və kompozisiya səsləndirildi, döyüş və iş yoldaşları Famil müəllim haqqında xatirələrini bölüşdülər. Allah bütün şəhidlərə rəhmət eləsin, onların yazdığı tarix xalqımızın yaddaşında hər zaman hörmətlə yad ediləcəkdir.








