Xəbərlər
Basketbol komandamızdan möhtəşəm nəticə – II yer!
14/04/2026, 20:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri və təhsil işçiləri arasında basketbol yarışları davam edir.
Yarışlarda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ Rayon Romitəsinin xanımlardan ibarət yığma basketbol komandası uğurlu çıxış edərək II yerə layiq görülüb.







