Xəbərlər
Basketbol üzrə idman yarışı

01 aprel 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 90 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarının 3x3 basketbol idman növü üzrə (qadın və kişi) yarış keçirildi. Yarışdan öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi, dövlət himni səsləndi. Yarışı giriş sözü ilə açan ETİHİ Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədov iştirakçıları salamladı, yarışın önəmindən danışdı. Daha sonra yarışa start verildi. Gərgin və mübarizə şəraitində keçən oyunun sonunda qadınlar arasında I yer 307 nömrəli tam orta məktəbin komandası, II yer 311 nömrəli tam orta məktəbin komandası, III yer 128 nömrəli tam orta məktəbin komandası, kişilər arasında isə I yeri 311 nömrəli tam orta məktəbin komandası, II yer 74 nömrəli tam orta məktəbin komandası III yeri 128 nömrəli tam orta məktəbin komandası tutdular.



