Xəbərlər
Bayram hədiyyələri təqdim edilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun əməkdaşlarına Novruz bayramı münasibətilə bayram hədiyyələri təqdim edilmişdir.
Sektor müdiri Mədəd Zeynalov bildirmişdir ki, Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğı onların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir. Hədiyyələrin təqdim olunması zamanı həmkarlar təşkilatının üzvləri göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etmiş, bu xoş təşəbbüsün onların bayram sevincini daha da artırdığını bildirmişlər. Eyni zamanda, onlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə səmimi təbriklərini və təşəkkürlərini çatdıraraq, gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda qeyd olunmuşdur ki, bu cür tədbirlər həmkarlar ittifaqının üzvlərinə olan diqqətinin və sosial dəstəyinin davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir və kollektiv ruhun möhkəmlənməsinə xidmət edir.





