Xəbərlər
Bayramınız mübarək

Göyçay rayonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin təşkilatçılığı ilə möhtəşəm Novruz tədbiri keçirildi.
Milli dəyərlərimizi, adət-ənənələrimizi yaşadan bu əlamətdar tədbirdə rayonun müxtəlif ümumtəhsil müəssisələrindən, məktəbəqədər təhsil ocaqlarından, eləcə də müxtəlif təşkilatlardan ümumilikdə 120 nəfər müəllim və təhsil işçisi iştirak etdi. Tədbir həmkarlıq ruhunun, birlik və həmrəyliyin bariz nümunəsinə çevrildi.
Novruzun zəngin atributları – səməni, xonça, milli musiqilər və rəqslər tədbirə xüsusi rəng qatdı. İştirakçılar bayram əhval-ruhiyyəsini birlikdə yaşadı, səmimi ünsiyyət qurdu, həmkarlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verildi.
Tədbirdə çıxış edənlər Novruzun xalqımız üçün daşıdığı mənəvi dəyərlərdən bəhs edərək bu cür tədbirlərin kollektivlər arasında həmrəyliyi gücləndirdiyini vurğuladılar. Məktəb rəhbərlərinin, həmkarlar ittifaqı üzvlərinin və digər qonaqların iştirakı tədbirin əhəmiyyətini daha da artırdı.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsi bundan sonra da bu kimi tədbirlərlə təhsil işçilərini bir araya gətirməyə, milli-mənəvi dəyərlərimizi yaşatmağa davam edəcək.






















