Xəbərlər
“BDPTM-nin əməkdaşı Gülər Hüseynovanın 50 illik yubileyi keçirildi
01/12/2025, 15:55

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Gülər Hüseynovanın 50 illik yubileyi qeyd olunub
Bu gün Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin laborantı Hüseynova Gülər Bürhan qızının 50 illik yubileyi böyük hörmət və dəyər nümunəsi olaraq qeyd edilib. Uzun illər səmərəli fəaliyyəti, peşəsinə olan məsuliyyəti və kollektivə göstərdiyi xidmətlərə görə Gülər xanım Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Gülər Hüseynovanı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq!



