Xəbərlər
BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual turnir keçirilib
07/11/2026, 01:02

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən BDU İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş NHN formatında intellektual turnir keçirilib.
Turnir hər biri 15 sualdan ibarət olmaqla 3 tur üzrə təşkil edilib. İştirakçılara ümumilikdə 45 sual təqdim olunub.
Yarışın yekun nəticələrinə əsasən qaliblər aşağıdakı kimi sıralanıblar:
I yer – “Teseyin əmisi”
II yer – “Debatçılar”
III yer – “Valhalla”
Turnir iştirakçıların intellektual biliklərini və komanda əməkdaşlığı bacarıqlarını nümayiş etdirdikləri rəqabətli mühitdə başa çatıb.










