“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib

05/11/2026, 00:23
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ,Tələbə Gənclər Təşkilatı (TGT) və “BDU Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib.


Tədbirdə fakültənin dekanı Rövşən Cavadov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Sosial iş kafedrasının dosenti Rəna Məmmədova, tələbə təşkilatlarının rəhbərləri və I kurs tələbələri iştirak ediblər.


Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra giriş sözü ilə çıxış edən fakültə dekanı Rövşən Cavadov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışıb. Şəhidlərin xatirəsini daim uca tutmağın, qazilərə və onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir gəncin mənəvi borcu olduğunu vurğulayıb.


Dekan müavini Nəzakət Kərimova şanlı Zəfərə aparan yolun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib. O, I kurs tələbələrinə Sosial elmlər və psixologiya fakültəsinin dörd şəhid məzununun şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.


Sosial iş kafedrasının dosenti Rəna Məmmədova Zəfər tariximizin gənclərin milli şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasındakı rolundan bəhs edib. O, qazi və şəhid ailələrinin üzvü olan tələbələrə universitet rəhbərliyi və kollektivi tərəfindən daim xüsusi diqqət göstərildiyini, hərtərəfli dəstək verildiyini diqqətə çatdırıb.


Tədbirin bədii hissəsində tələbələr Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş şeirlər səsləndiriblər.


Sonda 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbənin mühüm anlarını əks etdirən videoçarx nümayiş olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: