“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin səsi” adlı tədbir keçirilib

04/11/2026, 00:14
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Coğrafiya fakültəsinin və Ekologiya və Torpaqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin səsi” adlı tədbir keçirilib.


Tədbirin məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, tarixi Qələbəni gənc nəslə çatdırmaq, şəhidlərimizin xatirəsini yad etmək və tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək olub.


Tədbirin açılışında Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxış edərək Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, milli birlik və dövlətçilik ənənələrindən bəhs edib.


Daha sonra şəhid kəşfiyyatçı, baş gizir Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanlı və şəhid baş leytenant Məmmədhəsən Sadıqlının həyat yoldaşı Şərabani Sadıqlı çıxış edərək şəhidlərimizin qəhrəmanlıq yolundan və onların əziz xatirəsinin yaşadılmasının vacibliyindən danışıblar.


Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru Nəsir Zeyniyev və Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Allahverən Mübariz oğlu Nuralıyev döyüş xatirələrini bölüşərək Vətən uğrunda göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs ediblər.


Proqram çərçivəsində Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib.


“Zəfərin səsi” adlı tədbir tələbələrdə milli-mənəvi dəyərlərə bağlılığın və tarixi yaddaşın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: