“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Autizm spektr pozuntusunun loqopedik korreksiyası” mövzusunda təlim keçirilib

01/05/2026, 02:36
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Autizm spektr pozuntusunun loqopedik korreksiyası” mövzusunda təlim keçirilib.


Təlim həkim-pediatr və uşaq inkişafı üzrə mütəxəssis Təranə Kazımova tərəfindən aparılıb. Təlimçi autizm spektr pozuntusu olan uşaqlarla həyata keçirilən loqopedik işin əsas prinsipləri, müasir metodları və yanaşmaları barədə iştirakçılara ətraflı məlumat verib.


Təlim çərçivəsində iştirakçılar müxtəlif loqopedik alətlərlə tanış olub, onların tətbiqi praktik şəkildə nümayiş etdirilib. Daha sonra tələbələrə qrup işi formatında tapşırıqlar təqdim olunaraq əldə etdikləri bilikləri tətbiq etmək imkanı yaradılıb.


Tədbirin əsas məqsədi tələbələrin autizm spektr pozuntusu sahəsində nəzəri biliklərini artırmaq, onları müasir loqopedik yanaşmalarla tanış etmək və praktik bacarıqlarının inkişafına dəstək göstərmək olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: