“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da autizm spektr pozuntusunun psixoloji korreksiyasına dair təlim keçirilib

03/05/2026, 02:50
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Autizm spektr pozuntusunun psixoloji korreksiyası” mövzusunda təlim keçirilib.


Təlim klinik psixoloq Aida Bədəlova tərəfindən aparılıb. Təlim çərçivəsində autizm spektr pozuntusu olan uşaqların psixoloji xüsusiyyətləri, onlarla düzgün psixoloji yanaşma prinsipləri və effektiv korreksiya üsulları barədə iştirakçılara ətraflı məlumat verilib.


Eyni zamanda, mövzu ilə bağlı praktik yanaşmalar izah olunub, tələbələrin bu sahədə nəzəri və praktik biliklərinin artırılmasının əhəmiyyəti vurğulanıb.


İnteraktiv müzakirə formatında davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: