“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da Beynəlxalq Yer Gününə həsr olunmuş tədbir keçirilib

22/04/2026, 01:58
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 22 Aprel – Beynəlxalq Yer Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji problemlərə diqqətin artırılması və tələbələr arasında ekoloji şüurun formalaşdırılması olub.

Tədbirin açılışında fakültə THİK-in sədri Şükufə Səttərova Beynəlxalq Yer Gününün əhəmiyyətindən danışaraq, bu kimi təşəbbüslərin gənclərin ekoloji məsuliyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.


Daha sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev çıxış edərək torpaq ehtiyatlarının qorunması, səmərəli istifadəsi və müasir dövrdə bu sahədə qarşıya çıxan problemlər barədə ətraflı məlumat verib. O, həmçinin ekoloji tarazlığın qorunmasında torpağın mühüm rolunu diqqətə çatdırıb.


Coğrafi ekologiya kafedrasının müəllimi Türkan Məmişova isə Yer planeti haqqında ümumi məlumat verərək onun coğrafi xüsusiyyətləri, xəritələşdirmə üsulları və müasir dövrdə geniş tətbiq olunan Coğrafi İnformasiya Sistemlərinin (GIS) əhəmiyyətindən bəhs edib.


Tədbirin sonunda praktik hissə çərçivəsində tələbələr universitetin həyətində yaşıllaşdırma aksiyası keçirərək müxtəlif gül və bitkilər əkiblər. Təşəbbüs tələbələrin ekoloji dəyərlərə həssas münasibətini və ətraf mühitin qorunmasına verdikləri töhfəni nümayiş etdirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: