Xəbərlər
BDU-da çiçəkəkmə aksiyası keçirilib
05/06/2026, 03:38

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), “BDU könüllüləri” təşkilatının və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə çiçəkəkmə aksiyası keçirilib.
Aksiyada adıçəkilən gənclər təşkilatlarının üzvləri və müxtəlif fakültələrin tələbələri iştirak ediblər. Tədbir çərçivəsində Universitetin həyətində müxtəlif növ çiçəklər əkilib.
Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, tələbələr arasında ekoloji maarifləndirməni və təbiətə qayğı mədəniyyətini gücləndirməkdir.







