Xəbərlər
BDU-da Coğrafiya ixtisası üzrə təhsil alan tələbələr üçün karyera seminarı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Coğrafiya fakültəsi üzrə təşkilatçılığı ilə Coğrafiya ixtisası üzrə təhsil alan tələbələr üçün “İxtisasdan karyeraya” mövzusunda seminar keçirilib.
Seminarı Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı, Coğrafiya fakültəsinin doktorantı və saathesabı müəllimi İmran Bayramov aparıb. O, çıxışında coğrafiya ixtisasının əhəmiyyətindən, bu sahə üzrə kadr hazırlığının vacibliyindən və tələbələrin peşəkar inkişaf imkanlarından bəhs edib.
Seminar çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılıb, onların gələcək karyera seçimləri və peşəkar inkişaf istiqamətləri ilə bağlı tövsiyələr verilib.
Tədbirin əsas məqsədi Coğrafiya ixtisası üzrə təhsil alan tələbələrin ixtisasa marağını artırmaq, onları mövcud karyera imkanları barədə məlumatlandırmaq və gələcək peşə fəaliyyətlərini planlaşdırmalarına dəstək olmaq olub.





