Xəbərlər
BDU-da “Danışır təcrübə” layihəsinin növbəti görüşü keçiriləcək

📢 Əziz tələbələr!
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Danışır təcrübə” layihəsinin növbəti görüşü keçiriləcək.
Layihənin budəfəki qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holdinq”in prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı olacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi gənc jurnalistlərin peşəkar mütəxəssislərin təcrübə və praktiki fəaliyyəti ilə yaxından tanış ola biləcəkləri vahid platforma formalaşdırmaq, onların peşəkar inkişafına və gələcək karyera seçimlərinə dəstək olmaqdır.
🗓️ Tarix: 21 aprel 2026-cı il
🕑 Saat: 14:00
📍 Məkan: BDU-nun 2 saylı tədris binası, Tələbə İnkişaf Mərkəzi
Bütün tələbələri görüşdə iştirak etməyə dəvət edirik!



