“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda simulyasiya konfransı keçirilib

31/10/2026, 12:32
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri (SDGs)” mövzusunda simulyasiya konfransı keçirilib.


Konfransın əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədi barədə tələbələrin məlumatlılığını artırmaq, onların qlobal problemlərə dair biliklərini genişləndirmək və beynəlxalq proseslərdə iştirak bacarıqlarını inkişaf etdirmək olub.


Tədbir çərçivəsində müxtəlif ölkələri təmsil edən tələbələr yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil, gender bərabərliyi, iqlim dəyişikliyi, təmiz enerji və sosial ədalət kimi aktual məsələləri müzakirə edərək öz mövqelərini və təkliflərini irəli sürüblər.


Simulyasiya iştirakçılara tənqidi düşünmə, diplomatik ünsiyyət, komanda işi və qərar qəbuletmə bacarıqlarını praktiki şəkildə inkişaf etdirmək imkanı yaradıb. Müzakirələr zamanı qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.


Konfransın sonunda iştirakçılara fəal iştiraklarına görə sertifikat və təşəkkürnamələr təqdim olunub.


Tədbir tələbələrin dayanıqlı inkişaf prinsipləri barədə biliklərinin artırılmasına, qlobal çağırışlara məsuliyyətli yanaşmalarının təşviqinə və onların fəal vətəndaş kimi formalaşmasına töhfə verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: