“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Dayanıqlı şəhərlərdə ətraf mühitin mühafizəsi” mövzusunda seminar keçirilib

13/05/2026, 03:17
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin və “SDG Youth Community” təşkilatının birgə təşkilatçılığı ilə “Dayanıqlı şəhərlərdə ətraf mühitin mühafizəsi” mövzusunda seminar keçirilib.


Seminarın əsas məqsədi dayanıqlı şəhər inkişafı, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli yolları barədə məlumatlılığı artırmaq və tələbələrdə ekoloji məsuliyyət hissini gücləndirmək olub.


Tədbirin açılışında çıxış edən “SDG Youth Community” təşkilatının layihələr üzrə koordinatoru Anar Vəliyev Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən fəaliyyətlərdən bəhs edib, xüsusilə dayanıqlı şəhərlərin formalaşdırılması və ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayıb.


Daha sonra təşkilatın yerli layihələr üzrə icraçı direktoru Nigar İsgəndərova urbanizasiya prosesinin ətraf mühitə təsiri, şəhərlərdə ekoloji tarazlığın qorunması, tullantıların idarə olunması, yaşıl infrastrukturun inkişafı və ekoloji cəhətdən dayanıqlı şəhər modelinin əsas prinsipləri barədə təqdimatla çıxış edib.


Seminar iştirakçıları mövzu ilə bağlı ətraflı məlumat əldə edib, onları maraqlandıran sualları ünvanlandırıblar. Çıxışlarda dayanıqlı şəhərlərin qurulmasında gənclərin rolunun vacibliyi xüsusi vurğulanıb.


Tədbirin sonunda fikir mübadiləsi aparılıb, ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub. Seminar tələbələr tərəfindən maraqla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: