Xəbərlər
BDU-da fakültələrarası futbol turnirinə yekun vurulub
03/05/2026, 02:41

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş fakültələrarası futbol turnirinə yekun vurulub.
Turnirin final qarşılaşmasında Tarix və Hüquq fakültələrinin komandaları üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Tarix fakültəsinin komandası 1:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.



